Çənə sınıqları üz travmalarının ən çox rast gəlinən növüdür. Düzgün və vaxtında aparılmış müalicə həm dişləmənin, həm də üz simmetriyasının tam bərpasını təmin edir. Gecikmiş müraciət isə yanlış bitişmə və oynaq problemləri ilə nəticələnə bilər.
Diaqnostika
3D komputer tomoqrafiya sınıq xəttini, fraqmentlərin yerdəyişməsini və dişləmə pozğunluğunun dərəcəsini dəqiq göstərir. Müalicə planı bu görüntüyə əsasən qurulur.
Müalicə üsulları
Yerdəyişməsi olmayan sınıqlarda çənələrarası fiksasiya kifayət edir. Yerdəyişmə olduqda titan lövhə və vintlərlə osteosintez aparılır — bu üsul çənəni bağlı saxlamağa ehtiyacı azaldır və pasiyent daha tez normal qidalanmaya qayıdır.
Bu xidmət üzrə klinik hallar
Travma nəticəsində alt çənə sınığı. Zərbədən sonra dişlərin bir-birinə düzgün oturmaması, çənəni hərəkət etdirərkən güclü ağrı və ağızda qanama. Halın tam təsviri →
Çənə sınıqlarının müalicəsi — tez-tez verilən suallar
Çənə sınığından şübhələnəndə nə etməli?
Titan lövhələr sonradan çıxarılırmı?
Sınıqdan sonra nə yemək olar?
Müraciət
Bu müdaxilənin sizin halınızda göstərişi olub-olmadığını yalnız klinik müayinə və görüntüləmə nəticəsində dəqiqləşdirmək mümkündür. Sualınız varsa, (055) 556 66 66 nömrəsi ilə əlaqə saxlaya və ya WhatsApp vasitəsilə rentgen şəklinizi göndərə bilərsiniz. Qiymətin necə formalaşdığını Qiymətlər səhifəsində oxuya bilərsiniz.