Cərrahi xidmətlər
Ağız boşluğu, çənələr və üz nahiyəsi üzrə 24 əsas istiqamət. Hər müdaxilə klinik müayinə və görüntüləmə nəticələri əsasında planlanır.
Estetik üz cərrahiyyəsi
Üst göz qapaqlarının plastikası
Yuxarı blefaroplastika — göz qapağında sallanan artıq dərinin götürülməsi.
02Alt göz qapaqlarının plastikası
Aşağı blefaroplastika — göz altındakı torbaların və artıq dərinin aradan qaldırılması.
03Transkonyunktival blefaroplastika
Alt göz qapağının daxildən plastikası — üzdə heç bir iz qalmır.
04Üz gərmə (face lift)
Ritidektomiya — üzün alt hissəsində və boyunda sallanmanın cərrahi bərpası.
05Alın gərmə
Alındakı üfüqi qırışların və aşağı düşmüş alın xəttinin cərrahi bərpası.
06Qaş gərmə
Aşağı düşmüş qaşların qaldırılması, baxışa açıqlıq və simmetriya verilməsi.
07Otoplastika (qulaq estetikası)
Qabaq duran və ya forması pozulmuş qulaqların cərrahi düzəldilməsi.
08Xeyloplastika (dodaq estetikası)
Dodaq formasının, həcminin və nisbətinin cərrahi düzəldilməsi.
09Dodaqdan süni gel və fibrozun çıxarılması
Uzun müddət qalmış doldurucunun və onun ətrafında formalaşmış sərt toxumanın götürülməsi.
10Buxaq liposaksiyası
Çənəaltı piy toxumasının götürülməsi — çənə xəttinin aydınlaşdırılması.
Travma və patologiya
Çənə sınıqlarının müalicəsi
Alt və üst çənə sınıqlarında osteosintez və funksiyanın bərpası.
02Kist və şişlərin cərrahi müalicəsi
Çənə sümüyündə kist, qranulema və xoşxassəli şişlərin götürülməsi.
03Tüpürcək vəzi cərrahiyyəsi
Tüpürcək daşı, kist və vəz xəstəliklərinin müalicəsi.
04Üz travmaları və yumşaq toxuma bərpası
Yanaq, burun və göz ətrafı sümük sınıqları, kəsiklərin estetik tikilməsi.
05Biopsiya və selikli qişa xəstəlikləri
Ağız boşluğundakı yaraların diaqnostikası və histoloji müayinəsi.
Ağız cərrahiyyəsi
Ağıl dişinin cərrahi çıxarılması
Dişətinin altında qalmış, əyri bitmiş və ya iltihablanmış 20 yaş dişlərinin çıxarılması.
02Apikal rezeksiya (kök ucunun rezeksiyası)
Kanal müalicəsindən sonra keçməyən iltihabda dişin saxlanılması.
03Preprotetik cərrahiyyə
Protez öncəsi sümük və yumşaq toxumanın hazırlanması.
04Yüyən (frenulum) cərrahiyyəsi
Dil və dodaq yüyəninin kəsilməsi — frenulektomiya, frenuloplastika.
Hansı müdaxilənin lazım olduğunu bilmirsiniz?
Şikayətinizi qısaca yazın və ya zəng edin — müayinə əsasında uyğun variantı birlikdə müəyyən edək.