Ana səhifə/Klinik hallar

Klinik hallar

Praktikada ən çox rast gəlinən halların şikayətdən nəticəyə qədər təsviri. Hər halda hansı diaqnostikanın aparıldığı, hansı üsulun seçildiyi və nəyə görə məhz o üsulun seçildiyi izah olunur.

Qeyd. Aşağıdakı hallar praktikada ən çox təkrarlanan klinik ssenarilərin ümumiləşdirilmiş təsviridir. Pasiyent şəkilləri yalnız yazılı razılıq əsasında dərc olunur və razılıq alındıqca müvafiq halın yanında yerləşdirilir.
01
Ağız cərrahiyyəsi

Sümüyün altında tam qalmış alt ağıl dişi

Şikayət və tapıntı

Aşağı çənənin sağ tərəfində təkrarlanan ağrı və şişkinlik. Diş dişətinin səthinə çıxmamış, üfüqi mövqedə qonşu azı dişinin kökünə söykənmişdi.

Yanaşma və müdaxilə

3D komputer tomoqrafiya ilə dişin köklərinin alt çənə sinirinə münasibəti dəqiqləşdirildi. Lokal keyitmə altında dişət qaldırıldı, diş fraqmentlərə bölünərək sinirə toxunmadan çıxarıldı, yara PRF membranı ilə örtülüb tikildi.

Nəticə

Keyimə müşahidə olunmadı. Şişkinlik 3-cü gündən azalmağa başladı, tikişlər 7-ci gün götürüldü. Qonşu azı dişi qorundu.

Bu xidmət haqqında ətraflı →
02
İmplantologiya

Üst çənədə sümük çatışmazlığı — sinus lifting və implantasiya

Şikayət və tapıntı

Uzun illər əvvəl itirilmiş üst arxa dişlər. Sümük hündürlüyü implant üçün kifayət etmirdi, pasiyentə əvvəllər «implant mümkün deyil» deyilmişdi.

Yanaşma və müdaxilə

Lateral pəncərə üsulu ilə açıq sinus lifting aparıldı, membran qaldırılaraq boşluq ksenoqreft materialı ilə dolduruldu. 6 ay sonra nəzarət tomoqrafiyası ilə sümük yetişməsi təsdiqləndi və implantlar yerləşdirildi.

Nəticə

Kifayət qədər sümük həcmi bərpa olundu, implantlar planlanmış mövqedə yerləşdirildi və osseointegrasiya problemsiz getdi. Pasiyent sabit protezlə çeynəmə funksiyasına qayıtdı.

Bu xidmət haqqında ətraflı →
03
Travma və patologiya

Alt çənədə böyük radikulyar kist

Şikayət və tapıntı

Şikayət olmadan, başqa səbəbdən çəkilmiş panoramik rentgendə təsadüfən aşkarlanan geniş sümük boşluğu. Kist sümüyü nazikləşdirmiş və sinir kanalına yaxınlaşmışdı.

Yanaşma və müdaxilə

Ölçüsünə görə mərhələli yanaşma seçildi: əvvəlcə marsupializasiya ilə boşluq kiçildildi, sümük bərpa olunduqdan sonra ikinci mərhələdə sistektomiya aparıldı. Toxuma histoloji müayinəyə göndərildi.

Nəticə

Sinir funksiyası tam qorundu, sümük defekti nəzarət rentgenlərində tədricən doldu. Kistlə əlaqəli dişlərin bir hissəsi kanal müalicəsi ilə saxlanıldı.

Bu xidmət haqqında ətraflı →
04
Travma və patologiya

Travma nəticəsində alt çənə sınığı

Şikayət və tapıntı

Zərbədən sonra dişlərin bir-birinə düzgün oturmaması, çənəni hərəkət etdirərkən güclü ağrı və ağızda qanama.

Yanaşma və müdaxilə

3D tomoqrafiya ilə sınıq xətti və fraqmentlərin yerdəyişməsi dəqiqləşdirildi. Ümumi anesteziya altında açıq repozisiya və titan lövhələrlə osteosintez aparıldı, dişləmə əvvəlki vəziyyətinə qaytarıldı.

Nəticə

Dişləmə bərpa olundu, çənənin uzunmüddətli bağlanmasına ehtiyac qalmadı. Pasiyent erkən mərhələdə yumşaq qidalanmaya, 6 həftə sonra normal rejimə keçdi.

Bu xidmət haqqında ətraflı →
05
Çənə cərrahiyyəsi

Alt çənənin geri qalması — ortoqnatik cərrahiyyə

Şikayət və tapıntı

Ön dişlərin qapanmaması, çeynəmə zamanı tez yorulma və profil narahatlığı. Ortodontik müalicə təkbaşına nəticə verməmişdi — problem skelet mənşəli idi.

Yanaşma və müdaxilə

Ortodontla birgə plan quruldu: cərrahiyyə öncəsi hazırlıq, 3D modelləmə üzərində əməliyyatın simulyasiyası, ağız daxilindən aparılan osteotomiya və titan fiksasiya.

Nəticə

Dişləmə düzgün mövqeyə gətirildi, çeynəmə funksiyası normallaşdı. Üz dərisində görünən çapıq qalmadı, şişkinlik bir ay ərzində keçdi.

Bu xidmət haqqında ətraflı →
06
Ağız cərrahiyyəsi

Kanal müalicəsindən sonra keçməyən iltihab

Şikayət və tapıntı

Kanal müalicəsi aparılmış və koronka ilə örtülmüş dişin kökündə davam edən iltihab, dişətində təkrarlanan fistula.

Yanaşma və müdaxilə

Dişi çıxarmaq əvəzinə apikal rezeksiya seçildi: kökün iltihablı ucu və ətrafındakı patoloji toxuma götürüldü, kanal ucu bioloji materialla germetikləşdirildi. Mövcud koronkaya toxunulmadı.

Nəticə

Fistula bağlandı, şikayət aradan qalxdı. Nəzarət rentgenlərində sümük defekti tədricən doldu, diş və üzərindəki protez konstruksiyası saxlanıldı.

Bu xidmət haqqında ətraflı →
07
Çənə cərrahiyyəsi

Çənə-gicgah oynağı disfunksiyası

Şikayət və tapıntı

Ağız açarkən çırtıltı, qulaq önündə ağrı, səhərlər çənə əzələlərində yorğunluq və ağzın məhdud açılması. Uzun müddət qulaq problemi kimi müalicə olunmuşdu.

Yanaşma və müdaxilə

Klinik müayinə və görüntüləmə ilə diaqnoz dəqiqləşdirildi. Cərrahi müdaxiləyə keçmədən fərdi gecə şinası hazırlandı, fizioterapiya, əzələ relaksasiyası və davranış tövsiyələri tətbiq olundu.

Nəticə

Bir neçə həftə ərzində ağrı nəzərəçarpan dərəcədə azaldı, ağız açılışı bərpa olundu. Cərrahi müdaxiləyə ehtiyac qalmadı.

Bu xidmət haqqında ətraflı →
08
Ağız cərrahiyyəsi

Körpədə qısa dil yüyəni (ankiloglossiya)

Şikayət və tapıntı

Körpənin əmmə çətinliyi, süd almada zəiflik və ananın ağrı şikayəti. Müayinədə dilin hərəkət sərbəstliyinin ciddi məhdudlaşdığı müəyyən edildi.

Yanaşma və müdaxilə

Lokal keyitmə altında frenulotomiya aparıldı. Prosedur bir neçə dəqiqə çəkdi, minimal qanama ilə keçdi.

Nəticə

Körpə prosedurdan dərhal sonra əmizdirildi, əmmə mexanikası yaxşılaşdı. Toxumanın yenidən qısalmaması üçün hərəkət məşqləri göstərildi.

Bu xidmət haqqında ətraflı →

Sizin halınız hansı ssenariyə uyğundur?

Rentgen və ya tomoqrafiya şəklinizi WhatsApp ilə göndərin — ilkin qiymətləndirmə aparaq və müayinə vaxtı təyin edək.