Alt və üst çənənin ölçü və mövqe uyğunsuzluğu yalnız estetik problem deyil — çeynəmə, nitq, tənəffüs və oynaq sağlamlığına da təsir edir. Ortoqnatik cərrahiyyə ortodontik müalicə ilə birlikdə çənələri düzgün mövqeyə gətirir.
Hansı hallarda tələb olunur?
Skelet mənşəli uyğunsuzluqlar yalnız braketlə düzəlmir. Cərrahi müdaxilə aşağıdakı hallarda planlanır:
- Alt çənənin irəli çıxması (mandibulyar proqnatiya)
- Alt çənənin geri qalması (retroqnatiya, «quş çənəsi»)
- Açıq dişləmə — ön dişlərin qapanmaması
- Üz asimmetriyası və çənə deviasiyası
- Yuxu apnesi ilə müşayiət olunan çənə darlığı
Rəqəmsal planlama
Əməliyyat 3D KT və rəqəmsal model üzərində əvvəlcədən simulyasiya edilir. Bu, nəticəni proqnozlaşdırmağa və əməliyyat müddətini qısaltmağa imkan verir.
Bu xidmət üzrə klinik hallar
Alt çənənin geri qalması — ortoqnatik cərrahiyyə. Ön dişlərin qapanmaması, çeynəmə zamanı tez yorulma və profil narahatlığı. Ortodontik müalicə təkbaşına nəticə verməmişdi — problem skelet mənşəli idi. Halın tam təsviri →
Ortoqnatik cərrahiyyə — tez-tez verilən suallar
Ortoqnatik əməliyyatdan sonra çənə bağlanırmı?
Sağalma nə qədər çəkir?
Əməliyyat üz görünüşünü nə qədər dəyişir?
Müraciət
Bu müdaxilənin sizin halınızda göstərişi olub-olmadığını yalnız klinik müayinə və görüntüləmə nəticəsində dəqiqləşdirmək mümkündür. Sualınız varsa, (055) 556 66 66 nömrəsi ilə əlaqə saxlaya və ya WhatsApp vasitəsilə rentgen şəklinizi göndərə bilərsiniz. Qiymətin necə formalaşdığını Qiymətlər səhifəsində oxuya bilərsiniz.