Üst çənənin arxa nahiyəsində diş itkisindən sonra sümük sürətlə əriyir və burun-yanaqaltı boşluq (sinus) aşağı enir. Sinus lifting əməliyyatı sinus membranını qaldıraraq altında implant üçün lazım olan sümük həcmini yaradır.
Qapalı və açıq üsul
Qapalı (osteotom) üsul sümük hündürlüyü 5–8 mm olduqda tətbiq edilir: membran implant yuvası vasitəsilə bir neçə millimetr qaldırılır və implant eyni əməliyyatda yerləşdirilə bilər.
Açıq (lateral pəncərə) üsul sümük hündürlüyü daha az olduqda seçilir. Yan divardan kiçik pəncərə açılır, membran ehtiyatla qaldırılır və boşluq sümük materialı ilə doldurulur.
Sağalma dövrü
İlk həftə burnu güclü təmizləmək, təyyarə ilə uçmaq və suya dalmaqdan çəkinmək lazımdır. Yüngül şişkinlik və burundan cüzi qanlı ifrazat normal haldır.
Bu xidmət üzrə klinik hallar
Üst çənədə sümük çatışmazlığı — sinus lifting və implantasiya. Uzun illər əvvəl itirilmiş üst arxa dişlər. Sümük hündürlüyü implant üçün kifayət etmirdi, pasiyentə əvvəllər «implant mümkün deyil» deyilmişdi. Halın tam təsviri →
Sinus lifting (sinus qaldırılması) — tez-tez verilən suallar
Sinus lifting təhlükəli əməliyyatdırmı?
Sinus lifting və implant eyni vaxtda aparıla bilərmi?
Əməliyyatdan sonra nələrə diqqət etmək lazımdır?
Müraciət
Bu müdaxilənin sizin halınızda göstərişi olub-olmadığını yalnız klinik müayinə və görüntüləmə nəticəsində dəqiqləşdirmək mümkündür. Sualınız varsa, (055) 556 66 66 nömrəsi ilə əlaqə saxlaya və ya WhatsApp vasitəsilə rentgen şəklinizi göndərə bilərsiniz. Qiymətin necə formalaşdığını Qiymətlər səhifəsində oxuya bilərsiniz.